TƏBİB tənqidlərə cavab verdi

TƏBİB tənqidlərə cavab verdi

Bakı. Samir Əli - Trend:

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) son günlər qurumun tənqid edilməsi ilə bağlı məsələlərə aydınlıq gətirib.

Trend-in məlumatına görə, qurumun mətbuat xidmətinin rəhbəri Elnarə Baxış bu barədə açıqlama verib. Açıqlamada deyilir: "Bu günlərdə demək olar ki, hamımızın ailəmizdən, yaxınlarımızdan koronavirusa yoluxanlar var. Yoluxanların və COVID-dən dünyasını dəyişənlərin arasında TƏBİB-in əməkdaşları və onların yaxınları da var. Bir sözlə, heç kim sığortalanmayıb bu bəladan. Hətta COVİD-19 virusunun cəngindən onlarla insanı xilas edən həkimlər özləri təslim olur bu xəstəliyə. Çox təəssüf!

TƏBİB-i tənqid edirsiniz. Tənqidlərə açığıq. Bu günlərdə xəstələrin xəstəxanaya yerləşdirilməsi zamanı rüşvət alınması barədə şikayətlər oldu. Açıqlama verdik, belə bir fakt varsa əlaqə saxlayın, məlumat verin. Bununla bağlı xüsusi nömrə də ayrılıb. Bir daha qeyd edirəm 051 513 15 42 nömrəsilə əlaqə saxlaya və ya [email protected] email ünvanına yaza bilərsiniz. Bəli, belə hallar mümkündür, ortada insan faktoru var. Ölkədə yüzlərlə səhiyyə müəssisəsi və minlərlə tibb işçisi fəaliyyət göstərir. Təxminən 100 nəfərlik əməkdaş heyətilə 100000 nəfərlik bir heyətin bütün üzvlərinə nəzarət etmək üçün fiziki imkanımız yoxdur. Ona görə də sizdən kömək istədik. (Topladığımız bütün tutarlı faktları araşdırılması üçün hüquq-mühafizə orqanlarına göndəririk).

Bəzi məqamlarda bizə aid olmayan tənqidlərlə qarşılaşırıq. Məsələn, dərmanlar bahadır və ya tapılmır... Bildirim ki, TƏBİB dərman bazarına nəzarət həyata keçirmir. Ümumiyyətlə, TƏBİB apteklərin fəaliyyətinə məsul qurum deyil. (Məlumat üçün deyim ki, apteklərə fəaliyyəti üçün lisenziyanı İqtisadiyyat Nazirliyi verir, dərman qiymətlərinə isə Tarif Şurası nəzarət edir)".

Testlərin qiymətinin baha olmasına münasibət bildirən qurum rəsmisi belə deyib: "Dövlət tərəfindən götürülən testlər tamamilə ödənişsizdir (gündəlik 20 minədək test ÜST-ün müəyyən etdiyi kriteriyalara uyğun olaraq pulsuz edilir). Ərazi üzrə poliknikalarda və TTY xidməti vasitəsilə həyata keçirilir. Kimsə sizdən pul tələb edə bilməz. Edərsə, bu barədə şikayətinizi Səhiyyə Nazirliyinə (Bakı şəhəri üzrə),TƏBİB-ə (regionlar üzrə) bildirə bilərsiniz... Özəl xəstəxanalardakı qiymətlərə isə biz nəzarət etmirik. Dediyim kimi "özəl" olduqları üçün".

Hamıdan test götürülməməsinə gəlincə isə E.Baxış bildirib ki, bu gün ölkədə kifayət qədər test ehtiyatı var: "Sadəcə olaraq hər kəsdən eyni anda test götürmək fiziki baxımdan mümkün deyil. Burda söhbət təkcə testin götürülməsindən getmir. Həm də çeşidlənməsindən, laborotoriyaya daxil edilməsindən və s kimi proseslərdən gedir. Yaxma 5 saniyədə götürülə bilər, lakin bir testin nəticəsinin açıqlanması üçün 8-10 saat vaxt tələb olunur. Və üstəlik hər kəsdən test götürülsə, simptomlu şəxslərin cavablarının açıqlanması günlərlə gecikə bilər.
Yazırlar ki, test cavabı yoxdur, amma xəstəxanaya yerləşdirmək istəyirik. Axı, test cavabı olmayan insanı necə koronavirus xəstəsi kimi xəstəxanaya yerləşdirək? Bəlkə, həmin şəxs COVİD deyil. Demək ki, həmin şəxs koronavirus xəstələrinin müalicə aldığı xəstəxanaya yerləşdirilərsə, yoluxma ehtimalı yaranacaq.
Sosial şəbəkələrdə rastlaşdığımız tənqidlərdən biri də odur ki, TƏBİB niyə karantin rejimini sərtləşdirir? TƏBİB birbaşa hansısa qərar qəbul etmir. Karantin rejimi ÜST-ün tövsiyəsi ilə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə qəbul edilir. Və hətta brifinqləri TƏBİB deyil, NK yanında Operativ Qərargah təşkil edir. TƏBİB nümayəndələri isə virusun müalicəsi ilə bağlı yalnız tibbi və elmi izah üçün həmin brifinqlərə dəvət olunur.
Elə brifinqlərdə tez-tez verilən suallardan biri də, "insanlar evdə koronavirusa yoluxub, dərman və ya ərzaq almaq istəyirlər, amma evdən çıxa bilmirlər. Necə edə bilərlər?" sualıdır. Bəli, koronavirus xəstələrinin evdən çıxması təhlükədir. Həkimlərimiz də bununla bağlı çağırış edirlər. Amma təəssüflə qeyd edirik ki, bizim belə bir sosial xidmətimiz mövcud deyil. Biz koronavirus xəstələrinə evdə dərman və ya ərzaq çatdıra bilmirik. Onsuz da həkimlərimizin işi çoxdur, bir də təsəvvür edin, onlar insanlara evdə sosial xidmətlər göstərirlər. Bu, fiziki baxımdan mümkündürmü?".

Mətbuat xidmətinin rəhbəri əlavə edib ki, bəzən TƏBİB - ə aid olmayan məsələlərdə də bu qurum günahlandırılır: "Mənə də sual ünvanlayırlar ki, avtobuslarda sıxlıq olur. TƏBİB buna niyə nəzarət etmir? Sualı hörmətlə qarşılayıram, amma axı bu məsələdə TƏBİB nə edə bilər?

Ya da deyirlər, maska taxmamağa görə cərimə çoxdur və ya azdır. Bununla bağlı TƏBİB-in təklifi nədir? Həqiqətən də, TƏBİB olaraq əməkdaşlarımız heç kimi maska taxmadığına görə cərimələmir. Biz tövsiyə edirik və xahiş edirik ki, sağlamlığınız üçün maska taxın. Amma qərar qəbul etmirik və nəzarəti həyata keçirmirik.
Yazırlar ki, TƏBİB Koronavirusla Mübarizə Fonduna ayrılan pulları hara xərclədi? Sözügedən Fondun vəsaitinin xərclənməsi ilə bağlı qərarı TƏBİB deyil, Fondun İctimai Nəzarət üzvləri verəcək. Hələki vəsait xərclənməyib.

Tənqidlərdən biri də ondan ibarətdir ki, biz danışmaq üçün mətbuata ekspert vermirik. Gün ərzində onlarla belə sorğu alıram. Bəzən bir televiziyadan 2-3 əməkdaş zəng vurub, eyni kanalda fərqli verilişlərə qonaq istəyirlər. Amma nəzərə alın ki, tv-də danışan həkimlərimiz həm də koronavirusun müalicəsiylə məşğuldur. Bəzən onlar fiziki baxımdan yorulur, bir kanalın bir neçə verilişində danışa bilmirlər. TƏBİB-də cəmi 7-8 nəfər İşçi qrupun üzvü olan həkimlərimiz var. Ölkədə mətbu orqanların sayı isə yüzlərlədir.
Yaxşı, o bizlik deyil, bu bizlik deyil, onda sizin işiniz nədir? sualını verirsinizsə, deyim. Sadə cavabı var. TƏBİB ölkə üzrə tabeliyində olan bütün xəstəxanalarda stasionar müalicəylə məşğul olur və Bakı şəhəri istisna olmaqla, Sumqayıt, Abşeron və digər ərazilərdə evdə müalicə olunan şəxsləri dərmanla təchiz edir. Eyni zamanda Bakı şəhəri istisna olmaqla, sözügedən ərazilərdə poliklinikalar və Təcili Tibbi Yardım xidməti TƏBİB-in nəzarətindədir".

"Brent" markalı neftin qiyməti  71 dolları ötüb
"Brent" markalı neftin qiyməti 71 dolları ötüb
SOCAR Litva benzininin Ukraynaya əsas tədarükçüsü olub
SOCAR Litva benzininin Ukraynaya əsas tədarükçüsü olub
Elektrik təchizatı şəbəkələrinə qoşulma üzrə işçi qrupunun iclası keçirilib
Elektrik təchizatı şəbəkələrinə qoşulma üzrə işçi qrupunun iclası keçirilib
Loading Bars
Xəbər lenti
Avstriyada koronavirusun "Braziliya" ştammına ilk yoluxma halı qeydə alınıb
ASAN könüllülərindən şəhid xanımlarına diqqət (FOTO/VİDEO)
Suriya prezidenti Bəşər Əsəd və xanımı koronavirusa yoluxublar
Azərbaycanda 195 nəfər COVID-19-a yoluxub, 71 nəfər sağalıb, 6 nəfər vəfat edib
AHİK sədri Beynəlxalq Qadınlar Günü münasibətilə Azəraycan xanımlarını təbrik edib
Azərbaycan qadınları daim nəcib, xeyirxah təşəbbüsləri ilə dünyaya nümunə olublar - Pərvin Kərimzadə
Azərbaycan Aİ-dən idxalı artırıb
Tailand peyvəndlənən turistlər üçün karantin müddətini iki dəfə azaldır
AFFA Ukraynada oynayan daha bir futbolçunu milliləşdirir
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın müstəqilliyinə verilmiş vəsiqə oldu - Deputat
İspaniyada 8 Martla əlaqədar aksiyaların keçirilməsi qadağan edilib
“YAŞAT” Fondu daha bir qazinin yeni doğulan övladına hesab açır (FOTO)
Roma papasının İraqa səfəri başa çatıb
Azərbaycanla birgə sənaye şəhərciyi yaratmaq İranın iqtisadi inkişafının nailiyyətidir - Nazir
ABŞ İran sərhədlərinə bombardmançı göndərdi
İranda ötən sutka 99 nəfər koronavirusdan ölüb
Livanda etirazçılar əsas yolları bağlayıb
MDU rektoru xanım əmkdaşları təbrik edib (FOTO)
Türkiyədə peyvənd olunanların sayı 10 milyonu keçib
Kürdə batan şəxsin meyiti 36 gündən sonra tapıldı
BMT Konqresində Ermənistanın hərbi cinayətləri ifşa edilib
Türkiyədə 31 FETÖ üzvü saxlanılıb
Cənab İlham Əliyev prezident seçildiyi ilk gündən xoşagəlməz hallara qarşı kəskin mübarizə aparılıb – Deputat
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan qarşısına qoyduğu bütün hədəflərə nail olur - Deputat
İşğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərən şəxslər saxlanıldı
Qadınlar arasında sahibkarlıq fəaliyyətinə maraq artır
Sahibə Qafarova 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə qadınları təbrik edib
Zəngilan rayonunun Qaragöz kəndi (VİDEO)
Yaponiyalı iş adamları Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər (FOTO)
Badamdardakı sürüşmə zonasında 3 quyu qazılır - FHN
"Barselona" futbol klubunun prezidenti seçilib
Sabah hava necə olacaq?
Nazirlikdən Badamdardakı sürüşmə ilə bağlı AÇIQLAMA
“La Vanguardia” qəzeti: Müharibədən sonra Qarabağa qayıdış
Bakıda 8 mart (FOTOREPORTAJ)
ABŞ-da reper öldürülüb
“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Həftə sonu yol qəzalarında 4 nəfər ölüb
Ermənistanda koronavirusdan ölənlərin sayı 4 mini keçdi
Xocavənddə düşmənin atıb qaçdığı silah-sursat aşkarlandı (FOTO/VİDEO)
Xızıda dəmir torlar oğurlayan şəxs yaxalandı (FOTO)
Badamdar yamacı yenidən sürüşdü (FOTO)
İstanbulda küçəyə çıxma qadağası götürüləndən sonra böyük tıxaclar yaranıb
Birinci vitse-prezident Mehriban Əliyeva Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib
Xaçmaz Rayon İcra Hakimiyyətində Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid anaları və digər qadınlarla görüş keçirilib (FOTO)
Axtarışda olan Biləsuvar sakini Bakıda saxlanıldı
Lənkəranda karantini pozan daha 3 obyekt aşkarlandı
Səudiyyə Ərəbistanının neft təsislərinə PUA-larla hücum edilib
Aİ-də hər ay 100 milyon doza koronavirus peyvəndi alınacağı gözlənilir
Epidemioloji vəziyyəti nəzarətdə saxlamaq üçün ən səmərəli üsul karantinin tətbiqidir - İnfeksionist
Millət vəkili Sevil Mikayılova Xaçmazda ictimai fəal qadınlarla görüşüb (FOTO)
Finlandiya karantin tədbirlərini sərtləşdirir
Koronavirus Avropaya daha bir ciddi təhlükə yaradıb
"Brent" markalı neftin qiyməti 71 dolları ötüb
Blinken Əfqanıstan liderini BMT-nin təşkilatçılığı ilə sülh konfransı keçirməyə çağırdı
Venesuela prezidenti "Sputnik V" ilə aşılandıqdan sonra özünü yaxşı hiss etdiyini deyib
Bitkoinin qiyməti 51 320-yə yüksəlib
Cənubi Koreya ABŞ hərbçilərinin ölkədə saxlanmasına xərcləri artıracaq
Tramp vəzifəsindən getdikdən sonra Nyu-Yorka ilk səfərini edəcək
Ekvatorial Qvineyada dörd güclü partlayış olub, ən az 20 nəfər ölüb
Azərbaycanda 8 Mart – Beynəlxalq Qadınlar Günü qeyd olunur
Prezident İlham Əliyevin rəsmi "Facebook" səhifəsində Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım edilib
Türkiyədə son sutkada koronavirusdan 7 785 nəfər sağalıb
Futbol üzrə İspaniya çempionatı: "Atletiko" liderliyə davam edir
Bakıda avtoyuma məntəqəsində yanğın olub
Cüdo üzrə millimiz “Böyük dəbilqə” turnirini iki bürünc medalla başa vurub (FOTO)
"Liverpul" İngiltərə Premyer Liqasında ardıcıl altıncı ev məğlubiyyətini alıb
ÜST: Dünyada ötən sutka koronavirusa 478 mindən çox yoluxma qeydə alınıb
Güclü külək əsir, bəzi rayonlara qar yağır - FAKTİKİ HAVA
Güclü külək paytaxt küçələrində fəsadlar törədib - FHN (FOTO/VİDEO)
Fransada hava bombasını zərərsizləşdirmə əməliyyatına görə 4,5 mindən çox insan təxliyə edilib
“Böyük dəbilqə”: Cüdoçumuz Məmmədəli Mehdiyev bürünc medala sahib olub
Azərbaycanın Zəfərinin arxasında Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan uğurlu siyasət dayanır - Deputat
YAP bundan sonra fəaliyyətini müasir çağrışlara uyğun həyata keçirəcək - YAP İdarə Heyətinin üzvü
Respublikanın 24 şəhər və rayonunda ilk peşə-ixtisas təhsili müəssisələrinin şagirdləri üçün buraxılış imtahanı təşkil olunub
Azərbaycan təmsilçisi yüngül atletika üzrə Qış Avropa çempionatında ikinci yeri tutub
Bu gün Yeni Azərbaycan Partiyası ölkənin siyasi sisteminin monolit gücüdür - Vüqar Rəhimzadə
Dövlət qulluğuna qəbul olmaq üçün keçirilən test imtahanları başa çatıb
Ağdam rayonunun Suma kəndi (VİDEO)
6 partiyanın milli maraqlar naminə YAP-a qoşulması yeni siyasi həmrəylik modeli oldu - Pərvin Kərimzadə
İranda ötən sutkada 8 min nəfər koronavirusa yoluxub, 93 nəfər ölüb
Küveyt portalında Prezident İlham Əliyevin KİV nümayəndələri üçün keçirdiyi mətbuat konfransı barədə məqalə dərc olunub
Azərbaycanda işləyən qadınların ən çoxu 31-40 yaşlarında olanlardır - Nazirlik
Azərbaycanda koronavirusa yoluxma sayı 400-ü keçdi
Dövlət Neft Fondu beynəlxalq arenada şəffaf imicə malik quruma çevrilib
Azərbaycan Ordusunda 9 000-ə yaxın hərbi qulluqçu COVID-19-a qarşı peyvənd olunub - MN
Dənizdə dalğanın hündürlüyü 4,8 mətrə çatıb - Faktiki Hava
Rusiyada son sutkada 368 nəfər koronavirusdan ölüb
Hər bir vətəndaş əlindən gələni etməlidir ki, karantin qaydalarının sərtləşdirilməsinə getməyək - Adil Allahverdiyev
Bakıda güclü külək nəticəsində yük maşını aşıb (VİDEO)
Sabah Bakıda yağış, rayonlarda qar yağacağı gözlənilir
Bakıda külək məktəbin damını uçurdu (FOTO/VİDEO) (ƏLAVƏ OLUNUB)
Azərbaycanda peyvənd olunanların sayı 407 mini ötüb
Əfqanıstanda silahlılar hücum törədib, ölənlər var
A və B növü üzrə dövlət qulluğuna qəbul olmaq istəyən namizədlər test imtahanı verir
Füzuli rayonunun Qarakollu kəndi (VİDEO)
Braziliyada ötən sutka koronavirusdan 1 555 nəfər ölüb
Xızıda "VAZ" qarlı yolda qaldı, xilasedicilər 2 nəfər köməklik göstərib (VİDEO)
Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi ilə bütün ölkələrin COVİD-19 peyvəndi ilə təmin olunması barədə sənəd qəbul olunub - XİN
Paraqvay prezidenti etirazlar fonunda bütün nazirlərdən istefa vermələrini istədi
Bütün xəbərlər