...

Göyçay şəhərinin Baş planı təsdiq edilib

Gündəm Materials 23 Dekabr 2020 11:56 (UTC +04:00)
Göyçay şəhərinin Baş planı təsdiq edilib

Bakı. Trend:

Göyçay şəhərinin 2035-ci ilə qədərki dövrdə inkişafına dair Baş plan təsdiq edilib.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, Göyçay şəhərinin təsdiq edilmiş Baş planı Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu tərəfindən hazırlanmışdır. Baş plan layihəsi 2035-ci ilə qədər olan dövrü əhatə edir.

Baş planda nəzərdə tutulan illər üzrə şəhər əhalisinin yaşayış fondu, sosial və mədəni-məişət xidməti obyektləri üçün ərazilər nəzərə alınıb şəhərin inkişafına uyğun olaraq təbii landşaftın qorunması və ərazi zonalarının nəzərə alınması ilə məskunlaşmanın aparılması prinsipi qorunub. Şəhərin infrastrukturunu təşkil edən nəqliyyat və mühəndis-kommunikasiya təminatı sistemlərinin genişləndirilməsi nəzərə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti