...

Abşeronun keçmiş TSEK sədrinin şikayəti təmin edilmədi

Gündəm Materials 29 Dekabr 2020 11:09 (UTC +04:00)
Abşeronun keçmiş TSEK sədrinin şikayəti təmin edilmədi

Bakı. Samir Əli - Trend:

Bakı Apellyasiya Məhkəməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 7 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının (TSEK) sabiq sədri Oruc Məmmədovun barəsində olan həbs qətimkan tədbiri barədə qərarından verdiyi şikayətə baxılıb.

Trend-in məlumatına görə, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən iclasda şikayət araşdırılsa da, təmin edilməyib. Məhkəmənin qərarı ilə birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Xatırladaq ki, O.Məmmədov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işi üzrə təqsirləndirilib və Binəqədi rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

O.Məmmədov Cinayət Məcəlləsinin 311.2 (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvət alma) və 312-1.1 (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə) maddələri ilə təqsirləndirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti