...

İraqda həbsxanalarda və uşaq evlərində olan 194 azərbaycanlı azyaşlı ölkəyə gətirilib

Gündəm Materials 29 Dekabr 2020 12:51 (UTC +04:00)
İraqda həbsxanalarda və uşaq evlərində olan 194 azərbaycanlı azyaşlı ölkəyə gətirilib

Bakı. Samir Əli - Trend:

Bu il ərzində xarici ölkələrdə yaşayan Azərbaycan Respublikası vətəndaşlarının hüquqi vəziyyətinin yaxşılaşdırılması, onlara mülki, ailə və cinayət işləri üzrə hüquqi yardımın göstərilməsi, xarici ölkələrdə üzləşdiyi çətinliklərin aradan qaldırılması üzrə aparılan fəaliyyət davam etdirilib.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumatda bildirilir ki, 2020-ci ildə İraq Respublikasından Azərbaycan Respublikasının vətəndaşlarının repatriasiyası istiqamətində aparılan təxliyə prosesi nəticəsində İraq həbsxanalarında və uşaq evlərində yaşayan 194 nəfər Azərbaycan Respublikasının vətəndaşı olan uşaqlar Azərbaycana qayıdıb və müvafiq reabilitasiyadan sonra yaxınlarının himayəsinə verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti