...

Yaşayış yerini tərk edən daha 12 koronavirus xəstəsi saxlanıldı

Gündəm Materials 4 Yanvar 2021 11:41 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Daxili işlər orqanları əməkdaşları koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilər nəzarət tədbirlərini davam etdirir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, son iki gündə ev şəraitində müalicə təyin edilən 12 nəfər aktiv COVID-19 xəstəsi ictimai yerlərdə müəyyən olunaraq evə qaytarılıb və 6 nəfər barəsində cinayət işi başlanılıb:

"Bu istiqamətdə tətbiq edilən bütün tədbirlər əhalinin təhlükəsizliyinin təmin edilməsi və onların sağlamlığının qorunmasına xidmət edir. Ona görə də, vətəndaşlardan tətbiq edilən izolyasiya tədbirlərini anlayışla qarşılamalarını, zərurət olmadan yaşayış yerlərini tərk etməmələrini xahiş edirik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti