...

Səhiyyə Nazirliyinin əməkdaşları peyvənd olundu

Gündəm Materials 19 Yanvar 2021 16:52 (UTC +04:00)
Səhiyyə Nazirliyinin əməkdaşları peyvənd olundu

Bakı. Samir Əli - Trend:

Səhiyyə Nazirliyinin kollektivi koronavirusa qarşı vaksinasiyadan keçib.

Nazirliyin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, könüllü şəkildə vaksinasiyadan keçmək istəyən Nazirliyin əməkdaşları həkim yoxlanışından sonra peyvənd olunub.

Qeyd edək ki, ötən gün Azərbaycanda başlayan vaksinasiyada Çin istehsalı olan “Sinovac” şirkətinin hazırladığı “CoronaVac” vaksinindən istifadə olunur.

Xəbər lenti

Xəbər lenti