...

65 yaşdan yuxarı 176 məhkum azad olunub

Gündəm Materials 25 Yanvar 2021 11:52 (UTC +04:00)
65 yaşdan yuxarı 176 məhkum azad olunub

Bakı. Samir Əli – Trend:

Cəzaların icrası sahəsində mühüm tədbirlər həyata keçirilib.

Trend-in məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Ədliyyə Nazirliyinin Cəzaların icrasına nəzarət üzrə müfəttişliyinin rəisi Malik Ələkbərov deyib.

O bildirib ki, məhkumların hüquqlarının müdafiəsi, ərzaq və tibbi təyinatı, onların müalicəsi ilə bağlı məsələlər diqqətdə saxlanılıb: “COVID-19 infeksiyasının yayılmasının qarşısını almaq üçün yaradılan monitorinq qrupu müəssisələrdə vəziyyəti araşdırıb, məhkumların sağlamlığı ilə bağlı tədbirlər görülüb. Cəzaların humanistləşdirilməsi ilə bağlı ötən il də lazımi tədbirlər görülüb. İndiyə qədər amnistiya ilə 8149 nəfər azadlığa buraxılıb. Pandemiya dövründə cəzaçəkmə müəssisələrində yaşı 65-dən yuxarı olan məhkumların cəzadan azad olunması ilə bağlı 176 nəfər əfv edilib. Əfv olunanlardan iki nəfər ömürlük məhbus olub. Onların hər biri test nümunələrindən keçirilib və evlərinə göndərilməsi təmin olunub”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti