...

Bəzi milli park və qoruqlarda kadastr sistemi üzrə işlər həyata keçiriləcək

Gündəm Materials 26 Yanvar 2021 16:48 (UTC +04:00)
Bəzi milli park və qoruqlarda kadastr sistemi üzrə işlər həyata keçiriləcək

Bakı. İlhamə İsabalayeva - Trend:

Bu il bəzi milli park və qoruqlarda kadastr sistemi üzrə işlər həyata keçiriləcək.

Trend-in məlumatına görə, bunu ETSN Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev “Ekspert saatı”nda bildirib.

Onun sözlərinə görə, dövlət təbiət qoruqlarında kadastr işlərinin aparılması ilə bağlı bəzi tabeli qurumlarda işlər yekunlaşıb. Növbəti ildə planda olan 5 tabeli qurum da var ki, onlar üzrə kadastrın aparılması nəzərdə tutulur:

“Bununla onların həm gələcək fəaliyyətin qiymətləndirilməsi, həm də ərazilərin müəyyənləşdirilməsi üçün mühüm işlər görüləcək. Əksər qurumlarda bu kimi fəaliyyətlər həyata keçirilib”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti