...

Ermənistan da Türkiyə-Azərbaycan əməkdaşlığından istifadə edə bilər - Hikmət Hacıyev

Gündəm Materials 27 Yanvar 2021 15:38 (UTC +04:00)
Ermənistan da Türkiyə-Azərbaycan əməkdaşlığından istifadə edə bilər - Hikmət Hacıyev

Bakı. Elçin Mehdiyev - Trend:

Türkiyə ilə Azərbaycan arasında əməkdaşlıq regionun inkişafına və təhlükəsizliyin təmin olunmasına yönəlib.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının (PA) Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Azərbaycan-Türkiyə münasibətlərinin gələcək 10 ili” adlı vebinarda deyib.

PA rəsmisi bildirib ki, bu əməkdaşlıq regionda sülhü gücləndirir: “Ermənistan da öz işğalçılıq siyasətindən əl çəkərsə, Türkiyə ilə Azərbaycan arasında regionda əməkdaşlıqdan faydalanar və Ermənistan üçün də yeni imkanlar açıla bilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti