Bakı. Trend:
Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 132 nəfər dünyasını dəyişib.
Trend-in məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.
Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 25 476 nəfərə çatıb.
Onun sözlərinə görə, ölkədə 7 489 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 2 449 839 nəfərə çatıb.
Nazir bildirib ki, ötən gün koronavirusdan 8 803 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 2 331 314 nəfər təşkil edir.