...

Gecə saatlarında işləyən kafenin sahibi və müştəriləri həbs edilib (FOTO)

Gündəm Materials 27 Fevral 2021 09:48 (UTC +04:00)
Gecə saatlarında işləyən kafenin sahibi və müştəriləri həbs edilib (FOTO)

Bakı. Trend:

Ağstafada karantin rejimini pozan kafe aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Trend-ə verilən məlumata görə, Ağstafa rayon Polis Şöbəsinin əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı gecə saatlarında gizli şəkildə fəaliyyət göstərən kafe aşkarlayıb.

Obyekti icarə əsasında işlədən - Famil Yolçuyev və müştərilər- Nuranə Abduyeva, Etibar Atakişiyev, İlkin Yolçuzadə, Xanbaba Dünyəmov və Şərafət Məmmədova saxlanılaraq RPŞ-yə gətirilib və barələrində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə N. Abduyeva 300 manat miqdarında cərimə edilib, E. Atakişiyev 15, F. Yolçuyev 20, İ. Yolçuzadə 7, X. Dünyəmov 15, Ş. Məmmədova isə 5 sutka müddətində inzibati qaydada həbs edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti