...

Ermənistan prezidenti son iki gündə ikinci dəfə Baş Qərargah rəisi ilə görüşüb

Gündəm Materials 27 Fevral 2021 15:12 (UTC +04:00)
Ermənistan prezidenti son iki gündə ikinci dəfə Baş Qərargah rəisi ilə görüşüb

Bakı. Orxan Nəbiyev - Trend:

Ermənistan prezidenti Armen Sarkisyan son iki gündə ikinci dəfə ordunun Baş Qərargah rəisi Onik Qasparyanla görüşüb.

Trend bu barədə erməni mətbuatına istinadən məlumat verir.

Qeyd edək ki, ötən gün prezident O.Qasparyanın iqamətgahına getmişdi. Bu gün isə görüşün prezident iqamətgahında keçirildiyi deyilir.

Xatırladaq ki, Baş Qərargah rəisi fevralın 25-i bəyanat yayaraq baş nazir Nikol Paşinyanın istefasını tələb edib. Əvəzində N.Paşinyan O.Qasparyannı vəzifədən azad etdiyini deyərək istefa sənədini imzalamaq üçün prezident A.Sarkisyana təqdim edib.

A.Sarkisyan isə həmin sənədi imzalamayıb.

Xəbər lenti

Xəbər lenti