...

Türkiyədə hərbi helikopter qəzasında ölənlərin sayı 11-ə çatıb (ƏLAVƏ OLUNUB)

Gündəm Materials 4 Mart 2021 23:41 (UTC +04:00)

Bakı. Trend:

Türkiyədə hərbi helikopterin qəzaya uğraması nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb.

Bu barədə Trend Türkiyə Milli Müdafiə Nazirliyinə istinadən xəbər verib.

Bildirilib ki, xəstəxanadakı həkimlərin müdaxiləsinə baxmayaraq yaralı əsgərlərdən birini xilas etmək mümkün olmayıb.

Nazirlik həlak olan hərbçilərin ailələrinə başsağlığı verib.

XXX

22:33

Türkiyədə hərbi helikopterin qəzaya uğraması nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb.

Bu barədə Trend Türkiyə Milli Müdafiə Nazirliyinə istinadən xəbər verib.

Nazirlik bildirib ki, xəstəxanadakı həkimlərin müdaxiləsinə baxmayaraq dörd yaralı əsgərlərdən birini xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Bingöldən havaya qalxan hərbi helikopter qəzaya uğrayıb. Hadisə yerinə xilasedici dəstələr cəlb olunub.

Ölənlər arasında Elazığdakı Türkiyə quru qüvvələrinin 8-ci korpus komandiri general Osman Erbaş da var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti