...

Bakıda bu avtobus hərəkət sxemini dəyişdi (FOTO)

Gündəm Materials 15 Mart 2021 10:54 (UTC +04:00)
Bakıda bu avtobus hərəkət sxemini dəyişdi (FOTO)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bakıda 112 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemi müvəqqəti olaraq dəyişdirilib.

Bu barədə Trend-ə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat veriblər. Qeyd olunub ki, dəyişikliyə səbəb Xəzər rayonu Şağan qəsəbəsində kanalizasiya xəttində qəzanın baş verməsidir.

Hazırda marşrut xətti üzrə avtobuslar Hacı Zeynalabdin Tağıyev küçəsi - Şüvəlan yolu ilə hərəkət edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti