...

Bakıda toy mərasiminin qarşısı alındı, 31 nəfər cərimələndi (VİDEO)

Gündəm Materials 15 Mart 2021 17:13 (UTC +04:00)
Bakıda toy mərasiminin qarşısı alındı, 31 nəfər cərimələndi (VİDEO)

Bakı. Samir Əli - Trend:

Xətai Rayon Polis İdarəsinə (RPİ) rayon ərazisində yerləşən restoranlardan birində toy mərasiminin keçirildiyi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, polis əməkdaşları tərəfindən mərasimin keçirilməsinin qarşısı alınıb. Sanitar-epidemioloji normaları pozaraq toyda iştirak edən 31 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilərək hər biri 200 manat miqdarında cərimə edilib.

Toy mərasiminin təşkilinə şərait yaradan restoranın inzibatçısı R.Mirzağayev isə 4000 manat məbləğində cərimələnib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti