...

Çexiya koronavirusdan əhalinin sayına görə ölüm hadisələri üzrə dünyada birincidir

Gündəm Materials 19 Mart 2021 06:37 (UTC +04:00)
Çexiya koronavirusdan əhalinin sayına görə ölüm hadisələri üzrə  dünyada birincidir

Trend-i buradan izləyin

Bakı. Trend:

Çex Respublikası koronavirus törədən xəstəliklər nəticəsində əhali sayına görə ölüm hadisələri üzrə dünyada birinci yerə çıxıb.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, son iki həftə ərzində 10.67 milyon sakini olan respublikada əhalinin hər 100 min nəfərinə 26 "COVID-19" daşıyıcısı xəstəsi ölüb. Sıralamada ikinci yer Sloveniyaya məxsusdur - son 14 gündə əhalinin hər 100 min sakininə 23 ölüm. Macarıstan 22 ölümlə üçüncü yerdədir.

Çex Respublikasının səhiyyə nazirliyi daha əvvəl ölkədə koronavirusun törətdiyi fəsadlar nəticəsində ölənlərin sayının son sutkada 215 olmaqla 24 117-yə çatdığını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti