...

Britaniya şatammının hər hansı bir ölkə tərəfindən qarşısının alınması qeyri-mümkündür - Prezidentin köməkçisi

Gündəm Materials 19 Mart 2021 16:36 (UTC +04:00)
Britaniya şatammının hər hansı bir ölkə tərəfindən qarşısının alınması qeyri-mümkündür - Prezidentin köməkçisi

Bakı. Elçin Mehdiyev – Trend:

Test istənilən ştammı müəyyən edir. Ola bilər ki, test verən zaman nəticə neqativ olsun, ya da testin cavabından bir gün sonra simptomlar əmələ gəlsin və test müsbət göstərsin.

Trend-in məlumatına görə, bu sözləri Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Azərbaycan Prezidentinin köməkçisi Şahmar Mövsümov deyib.

O bildirib ki, Britaniya şatammının hər hansı bir ölkə tərəfindən qarşısının alınması qeyri-mümkündür:

“Çünki ştammlar bütün dünyaya yayılır. Hətta fantastik bir şey də deyim ki, Britaniya ştammına uyğun olaraq yerli Azərbaycan ştammı da yayıla bilər”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti