...

Vətən müharibəsində xəsarət almış hərbi qulluqçuların əlilliyinin qiymətləndirilməsi işləri davam edir (VİDEO)

Gündəm Materials 20 Mart 2021 16:06 (UTC +04:00)
Vətən müharibəsində xəsarət almış hərbi qulluqçuların əlilliyinin qiymətləndirilməsi işləri davam edir (VİDEO)

Bakı. Trend:

Vətən müharibəsində xəsarət almış hərbi qulluqçular aidiyyəti qurumların təmsil olunduğu komissiya tərəfindən ziyarət olunmaqla, əyani müayinələr əsasında əlilliklərinin qiymətləndirilməsi işləri aparılır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görö, prosesin operativ, keyfiyyətlə və mərkəzləşmiş şəkildə yerinə yetirilməsi diqqətdə saxlanır.

Bəs bu proses necə həyata keçirilir?

Bu barədə Nazirlik tərəfindən hazırlanmış videoçarxda ətraflı məlumat verilir:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti