...

Xəzər İcra Hakimiyyətinin həbsdə olan baş memarının işi məhkəməyə göndərildi

Gündəm Materials 12 Aprel 2021 11:12 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Xəzər rayon İcra Hakimiyyətinin həbsdə olan sabiq baş memarı,Tural Zeynalovun barəsində olan cinayət işinin istintaqı başa çatıb. Trend-in məlumatına görə, cinayət işin Xəzər rayon məhkəməsinə göndərilib.

Cinayət işi hakim Tərlan Əkbərovun icraatına verilib.

T. Zeynalova qarşı Cinayət Məcəlləsinin 178.2.3-cü(dələduzluq, qulluq mövqeyindən istifadə etməklə törədildikdə) maddəsilə ittiham elan edilib.

Xatırladaq ki, T. Zeynalov ötən ayın əvvəllərində hüquq-mühafizə orqanları əməkdaşlarının Xəzər rayon İcra Hakimiyyətində keçirdikləri əməliyyat zamanı saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti