...

Ağdaşda çay hövzəsini çirkləndirən bələdiyyə sədrinə təmizlik üçün məcburi göstəriş verildi

Gündəm Materials 12 Aprel 2021 15:57 (UTC +04:00)
Ağdaşda çay hövzəsini çirkləndirən bələdiyyə sədrinə təmizlik üçün məcburi göstəriş verildi

Bakı. Ceyhun Ələkbərov - Trend:

Türyançayın Ağdaş rayonunun Ləki qəsəbəsindən keçən hissəsində məişət tullantılarının çay hövzəsinə atılması və ətrafa iy-qoxunun yayılması ilə bağlı daxil olan şikayət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb.

Xidmətin rəis müavini Bəhruz Məhəmmədov Trend-ə bildirib ki, çay hövzəsinə keçirilən baxış zamanı sözügedən ərazinin Türyançay Dövlət Təbiət Qoruğunun ərazisi olmadığı məlum olub, tullantıların pərakəndə şəkildə çay hövzəsinə atılaraq qalaqlandığı və qanunvericiliyə uyğun idarə edilmədiyi təsdiqini tapıb.

“Ərazinin qısa vaxt ərzində təmizlənməsi və gələcəkdə belə hallara yol verilməməsi məqsədilə Ağdaş rayonunun Yuxarı Ləki bələdiyyəsinin sədri Faiq Mahmudova məcburi göstəriş verilib.

Çay hövzəsi Xidmətin əməkdaşlarının nəzarəti altında bələdiyyə işçiləri tərəfindən tullantılardan təmizlənib”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti