...

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən iqtisadi forum təşkil olunacaq

Gündəm Materials 22 Aprel 2021 20:20 (UTC +04:00)
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən iqtisadi forum təşkil olunacaq

Bakı. Trend:

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Bosniya və Herseqovinanın Müştərək Cəmiyyətlər Fondu, Ümumdünya Elmlər Akademiyası və Sarajevo Universiteti ilə birgə 27 aprel tarixində "Bosniya və Herseqovina 2021 İqtisadi Forum"u təşkil olunacaq.

Mərkəzdən Trend-ə bildirilib ki, toplantıda Mərkəzin həmsədri İsmayıllı Seragəldin, Bosniya və Herseqovinanın sabiq Baş Naziri Zlatko Lagumdziya, Çexiyanın sabiq Baş Naziri Jan Fişer, Monteneqronun sabiq Baş Naziri, Xarici İşlər Naziri İgor Luksic və Bosniya və Herseqovinanın Prezidentliyi rəyasətinin Sədri Milorad Dodik, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Baş Katibi Rövşən Muradov çıxış edəcək.

Toplantı ilə yanaşı, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Baş Katibinin Prezidenti Şafak Djafaroviç, Mərkəzin üzvü sabiq Baş Nazir Zlatko Lagumdzija ilə görüşlər də nəzərdə tutulur.

Səfər çərcivəsində Nizami Gəncəvinin 880 illiyi və VIII Global Bakı Forumu ilə bağlı müzakirələr təşkil olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti