...

Ermənistanda baş qərargah rəisinin müavini vəzifədən azad edilib

Gündəm Materials 4 May 2021 17:48 (UTC +04:00)
Ermənistanda baş qərargah rəisinin müavini vəzifədən azad edilib

Bakı. Orxan Nəbiyev - Trend:

Ermənistan prezidenti Armen Sarkisyan silahlı qüvvələrin baş qərargah rəisinin müavini Karen Abramyanı vəzifədən azad edib.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, bu barədə prezident müvafiq fərman imzalayıb.

Qeyd olunur ki, rəis müavini baş nazir Nikol Paşinyanın təklifi əsasında azad edilib.

Qərarın səbəbləri ilə bağlı məlumat verilməyib.

Xəbər lenti

Xəbər lenti