...

Düşməndən əldə olunan hərbi qənimətlər Qubadlıda istifadə edilir (FOTO)

Gündəm Materials 11 May 2021 15:43 (UTC +04:00)
Düşməndən əldə olunan hərbi qənimətlər Qubadlıda istifadə edilir (FOTO)

Qubadlı. Ceyhun Ələkbərov -Trend:

Düşməndən əldə olunan hərbi qənimətlər Dövlət Sərhəd Xidmətinin Qubadlıdakı hərbi poliqonunda istifadə edilir.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Sərhəd Xidmətinin zabiti, polkovnik-leytenant Rəşad Məşədiyev deyib.

Onun sözlərinə görə, texnikalar BMP 1 piyada döyüş maşını, T72 tankı və MTLB üzərində quraşdırılan zenit qurğusudur:

“Qubadlı rayon poliqonunda bölmələrin döyüş hazırlığının, eləcə də şəxsi heyətin mövcud olan döyüş texnikalarından səmərəli istifadə etmə bacarığının yüksəldilməsi üçün şərait yaradır. Təlim mərkəzində mövcud olan döyüş texnikasının müəyyən hissəsi düşməndən əldə olunan texnikalardır. Hazırda bu texnikalardan bölmələrin təlimlərində istifadə edilir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti