Bakı. Trend:
Argentinada ilk "qara kif" - mukormikoza yoluxma hadısəsi qeydə alınıb.
Trend-in məlumatına görə, bu barədə ölkənin Səhiyyə nazirliyi xəbər verib.
Virusa yoluxan 47 yaşlı Formosa vilayətinin sakinidır. Bildirilir ki, xəstələnən qadın daha əvvəl koronavirus keçirib, şəkəri və arterial hipertenziyası var.
Mukormikoz və ya "qara kif" göbələk infeksiyasından qaynaqlanır və bədənə dəridə yara, yanıq vasitələri ilə və yaxud ətraf mühitdə infeksiya ocağınan təmas zamanı keçir. Virus diabet, zəif immuniteti olan və koronavirus keçirən xəstələrə ciddi təhlükə yaradır.