13 nəfərlik erməni təxribat qrupunun məhkəmə baxışı iyunun 29-na təyin edilib (FOTO) (ƏLAVƏ OLUNUB)

13 nəfərlik erməni təxribat qrupunun məhkəmə baxışı iyunun 29-na təyin edilib (FOTO) (ƏLAVƏ OLUNUB)

Bakı. Samir Əli - Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində terror törətmək məqsədilə Azərbaycan ərazisinə keçən daha 13 nəfərlik erməni silahlı birləşməsinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Trend-in məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə dəstə üzvləri - Hovanesyan Haykaz Koryunoviç, Manukyan Varazdat Amuşavanoviç, Stepanyan David Stepanoviç, Tosunyan Levan Aşotoviç, Baqdasaryan Artur Eduardoviç, Avakyan Serop Surenoviç, Arutyunyan Varazdat Seryojeviç, Manukyan Jora Vanoeviç, Herabyan Hrayr Hraçoviç, Qosparyan Narek Aqaoviç, Kureqyan Qriqor Qaqiqoviç, Qevorkyan Aşot Artakoviç, Aqramanyan Martin Muşeğoviçin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra vəkillər bütün proseslərin video-audio görüntülərlə keçirilməsi barədə vəsatət verib. Vəsatət təmin edilib. Hakimlər təqsirləndirilən şəxslərin hüquqlarını izah ediblər. Bildirilib ki, təqsirləndirilən şəxslər dövlət hesabına vəkil və tərcüməçi ilə təmin edilib. Həmçinin hakim qeyd edib ki, təqsirləndirilən şəxslər istədikləri dildə ifadə verə, məhkəmə tərkibi və vəkillərdən imtina edə bilər. Bununla yanaşı, təqsirləndirilən şəxslərin sərbəst ifadə verməkdən imtina da etmək hüququ da var.

Sonda məhkəmə müşavirəyə yollanıb.

Müşavirədən sonra məhkəmə baxışı iyunun 29-na təyin edilib.

Məhkəmənin baxış iclası Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında keçiriləcək.

Qeyd edək ki, Ermənistan Respublikasının vətəndaşlarından ibarət bir qrup şəxs qanunsuz şəkildə odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə edərək qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr yaratmışlar. Onlar 2020-ci ilin 26-27 noyabr tarixlərində Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq mütəşəkkil dəstə halında keçməklə Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində meşəlik və digər ərazilərində döyüş mövqeləri tutaraq 13 dekabr 2020-ci il tarixədək olan müddət ərzində ölkə ərazisində yerləşən müəssisə, idarə, təşkilatlara, habelə ayrı-ayrı şəxslərə silahlı basqınlar etmiş, ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, Azərbaycan Respublikasının dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və digər terror əməlləri törədiblər.

Həmin silahlı dəstənin 14 nəfər üzvü barəsində cinayət işinin istintaqının yekunlaşdırılaraq təsdiq edilmiş ittiham aktı ilə birlikdə baxılması üçün məhkəməyə göndərilməsi barədə ictimaiyyətə daha əvvəl məlumat verilib.

Hazırda sadalanan faktlarla bağlı qanunsuz silahlı birləşmənin digər üzvlərinin - Hovanesyan Haykaz Koryunoviç, Manukyan Varazdat Amuşavanoviç, Stepanyan David Stepanoviç, Tosunyan Levan Aşotoviç və qeyrilərinin, ümumilikdə 13 təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3-cü (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 228.3-cü (mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və gəzdirmə), 279.2-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların tərkibində müəssisələrə, idarələrə, təşkilatlara və ya ayrı-ayrı şəxslərə basqın etmə) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunmalarına dair cinayət işinin istintaqı yekunlaşdırılaraq Azərbaycan Respublikasının Baş prokurorunun müavini tərəfindən təsdiq edilmiş ittiham aktı ilə birlikdə baxılması üçün məhkəməyə göndərilib.

Teatr və kinoteatrların açılması müzakirə olunur - Şahmar Mövsümov
Teatr və kinoteatrların açılması müzakirə olunur - Şahmar Mövsümov
İranın Milli dəmir yolu UNESCO Dünya İrsi Siyahısına daxil edilib
İranın Milli dəmir yolu UNESCO Dünya İrsi Siyahısına daxil edilib
UNESKO avtotunelin inşa ediləcəyi təqdirdə Stounhedcin Dünya irsi obyekti statusunu ləğv edə bilər
UNESKO avtotunelin inşa ediləcəyi təqdirdə Stounhedcin Dünya irsi obyekti statusunu ləğv edə bilər
Loading Bars
Xəbər lenti
Sosial şəbəkələrdə idman yarışının keçirilməsi ilə bağlı yayılan görüntülər araşdırılıb
Bu il Azərbaycana ən çox əcnəbi bu ölkələrdən gəlib - SİYAHI
Məhkumluq həyatı bitmiş şəxslər cəmiyyətə necə inteqrasiya olunmalıdır? - AÇIQLAMA
Moskvada Fərman Salmanovun 90 illiyi münasibətilə elmi-praktik konfrans keçirilib (FOTO)
2010-2020-ci illərdə Azərbaycan iqtisadiyyatı böyük inkişaf yolu keçib - Deputat
Dövlət büdcəsinin gəlirləri artır
Azərbaycanda probasiya qeydiyyatına götürülən şəxslərin sayı açıqlanıb
Bakıda güclü külək bir sıra fəsadlara yol açıb - FHN (VİDEO)
Bu il ölkəyə gələn əcnəbilərin sayı ötən illə müqayisədə azalıb
Mingəçevir Dövlət Universitetində “Yay Təcrübə Proqramı”na start verilir (FOTO)
Siyəzəndə yük maşını yanıb
Azərbaycan və İsrail arasında dostluq əlaqələrimizin inkişafı üçün möhkəm zəmin yaradır - Nazir (FOTO)
“YAŞAT” düşərgəsinin ikinci həftəsi davam edir (FOTO)
Ceyhun Bayramov YUNİSEF-in Azərbaycandakı Nümayəndəliyinin rəhbəri ilə görüşüb (FOTO)
Unibank müştəriləri üçün yeni bir xidmət təqdim edir
Xəzərdə dalğanın hündürlüyü 6 metrə çatıb - FAKTİKİ HAVA
Putin Təhlükəsizlik Şurasının iclasında Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə edib
Bu il 257 nəfər Azərbaycan vətəndaşlığına qəbul edilib
Daha bir qrup qazi yüksək texnologiyalı protezlərlə təmin olunub (FOTO)
ABŞ-ın Stirlinq Fondunun baş icraçı direktoru QMİ-də olub
İşğaldan azad olunmuş rayonlarda fəaliyyət göstərəcək süni mayalanma mütəxəssislərinə avadanlıq təqdim edilib
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Mustafa Şentopun ortaq türk ordusu ilə bağlı suala cavabı təhrif olunub, yayılan iddialar həqiqətə uyğun deyil (VİDEO)
Azərbaycanda koronavirusa yoluxanların sayı 700-ü keçdi
Təyyarə ilə Azərbaycana giriş-çıxışına icazə verilən şəxslər müəyyənləşib
İçməli sudan qanunsuz istifadə halları aşkarlanıb (FOTO)
ƏƏSMN-də Moldova nümayəndə heyəti ilə görüş olub (FOTO)
Bu gün keçirilən I və IV qrup imtahanlarının test tapşırıqlarının düzgün cavabları AÇIQLANDI
Ölkədə qanuni əsaslarla olan və yaşayan əcnəbilərin sayı açıqlanıb
İyulun 29-na USD/AZN rəsmi məzənnəsi
“AZAL” IATA Travel Pass tətbiqini ən çox tələbat olan istiqamətlərdə sınaqdan keçirməyə başlayır (VİDEO)
"Yeni Klinika"nın işçiləri məhkəmə zalında həbs edilib
Real-Trend həftəlik iqtisadi layihəsinin növbəti buraxılışı yayımlanıb (VİDEO)
Azərbaycan karateçiləri Tokioya Yay Olimpiya Oyunlarına yollanıblar (FOTO)
Yelo Bank-dan 10 milyondan artıq mənfəət
Kaspersky fövqəladə halların təhlili üçün nəzərdə tutulan intellektual sistemi sınaqdan keçirir
Qobustanda transformator və elektrik dirəkləri yanıb
“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır
Şənlik təşkil olunan məkanların işçi heyətinin 700 nəfərdən çoxu tələblərə əməl etməyib - Nazirlik
Şəhriyar Məmmədyarov “AccessBank”ın depozit kampaniyasının simasıdır
Rektor Şahin Bayramovun COVİD-19 infeksiyasına qarşı mübarizə ilə əlaqədar müraciəti
"Qaraciyər Transplantasiyası Günləri" adlı elmi tədbir keçirilir (FOTO)
Son 3 ildə sosial ödənişlər 60 faizdən çox artıb
Bu il qeyri-neft sektorunun artım tempi proqnozları üstələyib
Xaçınçay su anbarının ətraf əraziləri minalardan belə təmizlənir - Trend TV (FOTO)
Prokuror azərbaycanlı əsirlərə işgəncə verən ermənilərə 20 il cəza istəyib (ƏLAVƏ OLUNUB)
Bakıda 3 saylı "ASAN Kommunal" mərkəzinin açılışı olub
Azərbaycanın regionda yaratdığı yeni şərtlər geosiyasi və geoiqtisadi baxımdan cəlbedici modeldir - Deputat
Təhsil tələbə kreditlərinin verilməsi qaydası açıqlandı
Sumqayıtda kəsilmiş ağacların yerinə yeniləri əkilib
Tovuzda 44 adda istifadə müddəti bitmiş məhsul satan mağaza aşkarlanıb
Azərbaycan məhsulları “Russia Halal Expo” sərgisində (FOTO)
Müdafiə naziri ABŞ-ın Oklahoma ştatının nümayəndə heyəti ilə görüşüb (FOTO)
Kəlbəcər və Laçında yol infrastrukturunun tikintisinə 10 milyon manat ayrıldı - SƏRƏNCAM
Yevlaxda şadlıq sarayında pandemiyanın tələbləri kobud şəkildə pozulub (FOTO)
Ceyhun Bayramov Pakistan Milli Assambleyasının sədri ilə görüşüb (FOTO)
Unicapital İnvestisiya Şirkətinin yerli və xarici kapital bazarları haqda təhlili
Bu gün bəzi qüvvələr cəmiyyətdə ƏƏSMN-ə qarşı fikir formalaşdırmağa çalışır - Anar Əliyev (VİDEO)
"Neftçi" bu gün "Olimpiakos"la cavab oyunu oynayacaq
I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları keçirilib
Jurnalistlər Quba və Qusarda yeni nəsil dağ kombaynları və digər innovativ texnologiyalar ilə tanış olub (FOTO)
“TikTok”da narkotik vasitələri təbliğ edən daha 6 nəfər saxlanılıb (FOTO/VİDEO)
AŞPA-dan olan nümayəndə heyəti Ermənistanın hərbi təcavüzü barədə məlumatlandırılıb
“Karabakh.Center” layihəsi əsasında fotosərgi keçirilib (FOTO)
İranda ötən sutka 303 nəfər koronavirusdan ölüb
Ev kirayəsi ilə bağlı vergi dərəcələri aşağı salınmalıdır - Millət vəkili
Casusluqda ittiham olunan ermənilərin hər biri 15 il azadlıqdan məhrum edilib (ƏLAVƏ OLUNUB)
Qısamüddətli notların yerləşdirilməsi üzrə növbəti hərrac keçirilib
Tərtərdə 5 yaşayış məntəqəsinin yolu əsaslı şəkildə yenidən qurulur (FOTO)
Astarada restoran sahibi barəsində cinayət işi açılıb
Azərbaycan İlahiyyat İnstitutunun “Din araşdırmaları” jurnalının növbəti sayı nəşr olunub
Ombudsman sərhəddə baş verən gərginliklə bağlı bəyanat verib
Qanunsuz ov edən şəxslər cəzalandırılıb
Şimal və qərb rayonlarında leysan olacaq, dolu düşəcək
Gəncədə narkotik satmaqda və saxlamaqda şübhəli bilinən şəxslər saxlanılıb (FOTO)
Şəhid ailələri və qazilərin sosial müdafiəsi üçün bütün imkanlar səfərbər edilib - Nazir müavini (FOTO/VİDEO)
Özünüməşğulluq proqramına yeni iqtisadi fəaliyyət sahələri əlavə olunub
Göyçayda toy sahibləri inzibati məsuliyyətə cəlb edilib (FOTO)
Xaricdə aksiyalarda nümayiş etdirilən iriölçülü Azərbaycan bayrağı Cıdır düzündə (FOTO)
Lənkəran Dövlət Universitetinin professoru vəfat edib
Binəqədidə narkotacir və avtomobillərdən oğurluq edən şəxslər ələ keçdi (FOTO/VİDEO)
Şabranda narkotik tərkibli maddələri saxlayan dəstə saxlanılıb
Hazırda yağlanma ilə bağlı hepatitlərə daha çox rast gəlinir - Nuru Bayramov
Qərbi Kaspi Universiteti bakalavr pilləsinə qəbul elan edir (VİDEO)
Şəhidin bank kartından pul oğurlayan şəxs tutulub
Sutka ərzində ölkədə 94 yanğın hadisəsi baş verib
Bu gün ingilis dili və musiqi müəllimi olmaq istəyənlər imtahan verir
Azərbaycan Əfqanıstana yeni səfir təyin edib
Sabirabadda vətəndaşların pozulmuş hüquqlarının bərpası təmin edilib (VİDEO)
Bakı Bəyannaməsi əlaqələrin inkişafına böyük töhfə verəcək - Ceyhun Bayramov
Bakının bu prospektində sürücülərin təhlükəsizliyi üçün ayırıcı bordür inşa edilib (VİDEO)
Güclü külək Bakıda 46 ağaca zərər vurub - AÇIQLAMA
Sumqayıtda qaydaları pozan şadlıq sarayı aşkarlanıb
Ermənistan tərəfi atəşkəs rejiminin tələblərinə əməl etmir - MN
Ağdaş sakinindən "patı" və tramadol götürülüb (FOTO)
Mustafa Şentopla Ceyhun Bayramov görüş keçirib (FOTO) (ƏLAVƏ OLUNUB)
Lənkəranda “COVID-19” pasportu olmayan 378 nəfər toylara buraxılmayıb
GDU-nun məzunu MİQ imtahanında alman dili fənni üzrə ən yüksək bal toplayıb
Türkiyə ilə Azərbaycan arasında Sərbəst Ticarət Sazişi üzərində iş aparılır
Ərazi bütövlüyümüzə qarşı atılacaq hər hansı addımlar qətiyyətlə cavablandırılacaq - XİN
Bütün xəbərlər