...

Azərbaycan nümayəndə heyəti “MİLEX-2021” Beynəlxalq Silah və Hərbi Texnika Sərgisində

Gündəm Materials 23 İyun 2021 15:13 (UTC +04:00)
Azərbaycan nümayəndə heyəti “MİLEX-2021” Beynəlxalq Silah və Hərbi Texnika Sərgisində

Bakı. Trend:

23-26 iyun 2021-ci il tarixlərində Belarus Respublikasının Minsk şəhərində “MİLEX-2021” 10-cu Beynəlxalq Silah və Hərbi Texnika sərgisi keçiriləcək. Belarusiya, Rusiya və digər xarici ölkələr tərəfindən istehsal edilmiş ən müasir silah və hərbi texnika modellərinin nümayiş etdiriləcəyi sərgidə ölkəmizi Azərbaycanın müdafiə sənayesi naziri Mədət Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

Müdafiə Sənayesi Nazirliyindən Trend-ə bildirilib ki, tədbir çərçivəsində, həmçinin iştirakçı dövlət və hökumət təmsilçiləri, rəsmi nümayəndə heyətlərinin rəhbərləri ilə görüşlər nəzərdə tutulub. Görüşlər zamanı Müdafiə Sənayesi Nazirliyi ilə müvafiq qurumlar arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf etdirilməsi və yeni birgə layihələrin reallaşdırılması istiqamətində müzakirələr aparılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti