...

Bilgəh çimərliyi tullantılardan təmizlənib

Gündəm Materials 2 İyul 2021 19:04 (UTC +04:00)
Bilgəh çimərliyi tullantılardan təmizlənib

Bakı. Samir Əli - Trend:

Bilgəh çimərliyi məişət tullantılarından təmizlənib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Bilgəh çimərliyinə yaxın sahəyə məişət tullantılarının atılması barədə daxil olan fotogörüntüdəki ərazi Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşlarının nəzarəti altında Sabunçu rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin işçiləri tərəfindən tullantılardan təmizlənib.

Gələcəkdə belə hallara yol verilməməsi məqsədilə Sabunçu rayon MKTB-yə məcburi göstəriş verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti