...

Xəzər rayonunda Polis günü qeyd olunub (FOTO)

Gündəm Materials 3 İyul 2021 15:57 (UTC +04:00)

Bakı. Trend:

İyulun 2-də Azərbaycan Polisi Günü və Azərbaycan Polisinin 103 illik yubileyi münasibətilə Xəzər Rayon İcra Hakimiyyətində tədbir keçirdi. Tədbirdə Rayon İcra Hakimiyyətinin və Rayon Polis İdarəsinin rəhbərliyi və idarənin əməkdaşları iştirak etdilər.

Əvvəlcə mərasim iştirakçıları xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsinin qarşısına əkili qoymuş, xatirəsini ehtiramla yad etmişlər.

Tədbiri giriş sözü ilə Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov açaraq polis işçilərini əlamətdar gün münasibətilə təbrik etmiş, müstəqil dövlətçiliyimizin qorunmasında, ölkədə sabitliyin təmin edilməsində, cinayətkarlığa qarşı mübarizədə Azərbaycan polisinin müstəsna xidmətləri olduğunu bildirmişdir.

O, qeyd etmişdir ki, Polis günü ölkəmizdə əmin-amanlığın əsas təminatçısı olan daxili işlər orqanları əməkdaşlarının Vətənə və vəzifə borcuna sədaqətinin rəmzidir. Polis yarandığı gündən xalqın və dövlətin mənafeyinə ləyaqətlə xidmət etmiş, asayişin və təhlükəsizliyin mühafizəsi, sabitliyin və əmin-amanlığın qorunması, cinayətkarlığa qarşı mübarizə kimi məsuliyyətli vəzifələrin öhdəsindən gəlmiş, polis orqanları mərdlik, cəsarət və rəşadətlərlə zəngin bir yol keçərək öz şərəfli missiyasını layiqincə yerinə yetirmişlər.

Sonda Rayon Polis Şöbəsinin bir sıra əməkdaşı Rayon İcra Hakimiyyəti başçısının “Fəxri Fərman”ları ilə təltif edilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti