...

Putinlə Paşinyanın görüşü zamanı heç bir sənəd imzalanmayacaq - Peskov

Gündəm Materials 7 İyul 2021 14:29 (UTC +04:00)
Putinlə Paşinyanın görüşü zamanı heç bir sənəd imzalanmayacaq - Peskov

Bakı. Orxan Nəbiyev - Trend:

Rusiya prezidenti Vladimir Putin və Ermənistan baş nazirinin vəzifələrini icra edən Nikol Paşinyan Moskvada görüş zamanı hər hansı bir sənəd imzalamayacaq.

Trend-in məlumatına görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

O bildirib ki, görüş zamanı Qarabağ məsələsi və ikitərəfli münasibətlər müzakirə olunacaq.

D.Peskov əlavə edib ki, görüşün yekununda sənədlərin imzalanacağı ilə bağlı məlumatlar həqiqəti əks etdirmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti