...

Bakıda qurumuş ağacların yerinə yeniləri əkildi (FOTO)

Gündəm Materials 10 İyul 2021 14:41 (UTC +04:00)
Bakıda qurumuş ağacların yerinə yeniləri əkildi (FOTO)

Bakı. Samir Əli - Trend:

Nəsimi rayonu 35 nömrəli məktəbin həyətində ağacların quruması ilə bağlı daxil olan şikayət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb.

Xidmətin rəsmisi Bəhruz Məhəmmədov Trend-ə bildirib ki, sözügedən əraziyə keçirilən baxış zamanı fakt təsdiqini tapıb və məktəbin həyətindəki ağacların bioloji inkişafdan dayandığı məlum olub: "Xidmətin əməkdaşlarının nəzarəti altında rayon Yaşıllaşdırma Təsərrüfatı Birliyinin işçiləri tərəfindən qurumuş ağacların yerinə yeniləri əkilib və suvarma sistemi təşkil edilib. Ağaclara mütəmadi aqrotexniki qulluq göstərilməsi məqsədilə məktəbin rəhbərliyinə məcburi göstəriş verilib”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti