...

Haiti liderinin qətlində iştirak edənlərdən biri ABŞ təhlükəsizlik qüvvələri ilə əlaqəli olub

Gündəm Materials 13 İyul 2021 05:26 (UTC +04:00)

Bakı. Trend:

Haiti Prezidenti Jovenel Moizə sui-qəsd cəhdində şübhəli bilinərək həbs olunan Haiti əsilli ABŞ vətəndaşı əvvəllər amerikan təhlükəsizlik qüvvələrindən biri ilə əlaqəli olub.

Trend-in TASS-a istinadən verdiyi xəbərə görə, bunu ABŞ hökumətindəki mənbə bildirib.

Mənbə hansı növ əlaqənin olduğunu açıqlamayıb.

Xatırladaq ki, Haiti prezidenti Jovenel Moiz iyulun 7-nə keçən gecə öz iqamətgahında öldürülüb. Qətldə 18 kolumbiyalı və iki haitili məşəli amerikalının iştirak etdikləri bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti