...

“Patı” satarkən tutulan prokuror oğlu deyil - Baş Prokurorluq

Gündəm Materials 19 İyul 2021 13:38 (UTC +04:00)

Bakı. Trend:

Bəzi kütləvi informasiya vasitələrində Quba rayonunun keçmiş prokuroru Rafiq Abbasovun oğlunin narkotik vasitələrin satışını həyata keçirən zaman saxlanılarkən polis əməkdaşlarına müqavimət göstərib hadisə yerindən qaçması barədə məlumatlar dərc edilib

Baş Prokurorluğun Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, Quba rayon prokurorluğunda Rafiq Abbasov adlı şəxs prokuror və ya hər-hansı digər vəzifədə işləməyib:

"Bu cür dəqiqləşdirilməmiş məlumatların yayılmasını təəsüf hissi ilə qeyd etməklə, gələcəkdə qeyri-dəqiq informasiyanın ictimailəşdirilməsinin yol verilməzliyi kütləvi informasiya vasitələrinin diqqətinə çatdırılır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti