...

Braziliyada koronavirusdan ölənlərin sayı 544 mini keçib

Gündəm Materials 21 İyul 2021 08:57 (UTC +04:00)
Braziliyada koronavirusdan ölənlərin sayı 544 mini keçib

Bakı. Trend:

Braziliyada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 27 592 nəfər yoluxub.

Trend-in məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 19 419 437 nəfərə çatıb.

Bildirilir ki, ötən sutka ərzində koronavirusdan 1 424 nəfər ölüb, ölənlərin ümumi sayı 544 180 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti