...

Bina tikintisi zamanı ağacları kəsən şirkətin işi məhkəməyə göndərilib

Gündəm Materials 7 Avqust 2021 09:21 (UTC +04:00)
Bina tikintisi zamanı ağacları kəsən şirkətin işi məhkəməyə göndərilib

Bakı. Çingiz Səfərli - Trend:

Bakı şəhəri, Maqsud Əlizadə küçəsi 17 ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən aparılan araşdırma başa çatıb.

Trend xəbər verir ki, bunu Xidmətin rəsmisi Vaqif Cavadov bildirib. O qeyd edib ki, sözügedən ünvanda yaşayış binasının tikintisi zamanı ağacların “Azenteroil” MMC tərəfindən məhv edildiyi məlum olub:

“Faktla bağlı MMC barəsində akt və protokol tərtib edilib, şirkətin hüquqi şəxs qismində cərimə olunması üçün toplanmış sənədlər Nərimanov Rayon Məhkəməsinə göndərilib”.

Xatırladaq ki, ötən gün Xidmət rəsmisi Maqsud Əlizadə küçəsi 17 ünvanında ağacların qanunsuz götürüldüyünü, torpaq mülkiyyətçisinin və təqsirkarların tapılması üçün araşdırmaların davam etdiyini bildirmişdi.

Twitter: @cingizsafarli

Məqalədə:
Xəbər lenti

Xəbər lenti