...

Ermənistanda əhali ölkəni tərk edir: Minlərlə insan geri qayıtmır

Gündəm Materials 24 Avqust 2021 10:56 (UTC +04:00)
Ermənistanda əhali ölkəni tərk edir: Minlərlə insan geri qayıtmır

Bakı. Trend:

2021-ci ilin yanvar-iyul aylarında Ermənistanı təyyarə ilə 43 039 sərnişin tərk edib və geri qayıtmayıb.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, bu barədə ölkənin Mülki Aviasiya Komitəsi bildirib.

Qeyd olunur ki, hesabat dövründə Yerevanın "Zvartnots" hava limanından 515 849 nəfər gedib, 27 016 nəfər qayıtmayıb. Şirak hava limanından yola düşən 42 141 sərnişindən 26 118 nəfəri Ermənistana qayıtmayıb.

Komitənin məlumatında qeyd olunur ki, sərhədlər tam açılacağı təqdirdə bu rəqəmlər daha yüksək ola bilər.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti