...

Bu küçədə hərəkət məhdudlaşdırılacaq

Gündəm Materials 25 Avqust 2021 13:20 (UTC +04:00)
Bu küçədə hərəkət məhdudlaşdırılacaq

Bakı. Samir Əli - Trend:

Bu gün saat 21.00-dan sabah saat 06.00-dək Bakı şəhəri, Nərimanov rayonunun Mirzə Uluqbəy küçəsində (Əhməd Rəcəbli və Faiq Yusifov küçələri arasında qalan hissəsi) aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, sözügedən ərazidə diqqətli olmaları, öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.​

Yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik.

Twitter: @GuleliyevSamir

Məqalədə:
Xəbər lenti

Xəbər lenti