...

Türk Şurasına üzv və müşahidəçi dövlətlərin jurnalistləri Gəncədə Ermənistan tərəfindən dağıdılmış yerlərə baş çəkib (FOTO)

Gündəm Materials 2 Sentyabr 2021 09:18 (UTC +04:00)
Türk Şurasına üzv və müşahidəçi dövlətlərin jurnalistləri Gəncədə Ermənistan tərəfindən dağıdılmış yerlərə baş çəkib (FOTO)

Gəncə. Trend:

Türk Şurasına üzv və müşahidəçi dövlətlərin media nümayəndələri Azərbaycana mediatur çərçivəsində səfərləri davam edir.

Trend-in məlumatına görə, səfər iştirakçıları Gəncədə erməni terroru nəticəsində çoxlu sayda mülki şəxsin öldüyü, yaralandığı və böyük dağıntıların yarandığı əraziyə gəliblər. Qonaqlara məlumat verilib ki, II Qarabağ müharibəsi zamanı Ermənistanın Gəncəni raket atəşinə tutuması nəticəsində 26 mülki şəxs həlak olub, 142 nəfər isə yaralanıb. Şəhərdə mülki obyektlərə, tarix-mədəniyyət abidələrinə, o cümlədən nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Qeyd edək ki, səfərdə Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Macarıstan, Bosniya və Herseqovina, Serbiya və Şimali Makedoniyadan olan jurnalistlər iştirak edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti