...

Xurma və nar bağlarında zərərli orqanizmlərlə bağlı monitorinqlər keçirilib (FOTO)

Gündəm Materials 2 Sentyabr 2021 11:35 (UTC +04:00)
Xurma və nar bağlarında zərərli orqanizmlərlə bağlı monitorinqlər keçirilib (FOTO)

Bakı. Çingiz Səfərli - Trend:

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) respublika ərazisində karantin obyekti olan zərərli orqanizmlərin yayılmasının qarşısının alınması və mübarizə tədbirlərinin təşkili məqsədilə fitosanitar monitorinqləri davam etdirir.

Qida Təhlükəsizliyi Agentliyindən Trend-ə verilən məlumata görə, agentliyin fitosanitar müfəttişləri tərəfindən Bərdə regional bölməsinin inzibati ərazi vahidinə daxil olan rayonlarda yerləşən xurma və nar bağlarında zərərli orqanizmlərin aşkar edilməsi və onlara qarşı mübarizə tədbirlərinin aparılması məqsədilə keçirilən monitorinqlər zamanı qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin dövlət reyestrindən keçməsinin vacibliyi barədə bağ sahiblərinə maarifləndirici məlumatlar verilib, qeydiyyatdan keçməyən təsərrüfatlardan yığılan məhsulların ixracının mümkün olmayacağı sahibkarların nəzərinə çatdırılıb.

Eyni zamanda müayinələrin aparılması üçün məhsullardan götürülən nümunələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub.

Twitter:@cingizsafarli

Məqalədə:
Xəbər lenti

Xəbər lenti