...

Sabahdan Bakıda bu marşrut xəttinin fəaliyyəti bərpa edilir

Gündəm Materials 9 Sentyabr 2021 17:53 (UTC +04:00)
Sabahdan Bakıda bu marşrut xəttinin fəaliyyəti bərpa edilir

Bakı. Samir Əli - Trend:

Binə qəsəbəsində vətəndaşlara göstərilən sərnişindaşıma xidmətlərinin daha da təkmilləşdirilməsi məqsədilə 190 nömrəli qəsəbədaxili müntəzəm marşrut xəttinin fəaliyyəti bərpa edilir.

Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, Binə qəsəbəsinin mərkəzi ilə Sovxoz yaşayış sahəsini əlaqələndirən marşrut xətti üzrə avtobuslar 10.09.2021-ci il tarixindən sərnişinlərin xidmətində olacaq. Marşrut xətti üzrə gedişhaqqı 0.30 azn olacaq. Gedişhaqqının ödənişi nağdsız formada “BakıKart” vasitəsilə aparılacaq.

Sərnişinlərin “BakıKart"ın balansını asanlıqla artıra bilməsi üçün Əli İsazadə küçəsində OBA marketlər şəbəkəsinə məxsus 11 mağazada post-terminallar qoyulub. Bundan əlavə, Binə südçülük sovxozu, "Mehriban qonşular" küçəsi adlanan ərazidəki OBA marketlərdə də post-terminallar sərnişinlərin xidmətində olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti