...

Bu xəstəxanada saxta COVİD pasportu satılırmış

Gündəm Materials 10 Sentyabr 2021 17:18 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

“Qazax rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsində qanunsuz olaraq “COVİD-19” pasportunun verilməsi barədə daxil olmuş məlumat üzrə Qazax rayon prokurorluğunda araşdırma aparılıb.

Qazax Rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, araşdırma ilə qeyd olunan xəstəxananın vəzifəli şəxsləri tərəfindən müxtəlif məbləğlərdə pul müqabilində ayrı-ayrı şəxlərə vaksin vurulmadığı halda saxta “COVİD-19” pasportunun verilməsinə əsaslı şübhələr müəyyən edildiyindən fakta görə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə rayon prokurorluğunda cinayət işi başlanıb.

Hazırda yuxarıda göstərilən cinayət əməllərinin törədilməsində hər hansı formada iştirak etmiş şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində intensiv istintaq hərəkətləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti