...

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Gündəm Materials 11 Sentyabr 2021 18:35 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 64 520 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 23 286, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 41 234 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 7 557 554, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 488 930, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 3 068 624 təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti