Bakı. Samir Əli - Trend:
Koronavirusa yoluxan əməkdar artist Yaqub Zurufçunun vəziyyətində dünəndən pisləşmə müşahidə olunur.
"Yeni Klinika”nın reanimasiya şöbəsinin müdiri Emil Qasımov Trend-ə bildirib ki, bu da əsasən kəskin böyrək çatışmazlığı ilə bağlıdır:
"Bu məqsədlə ona hemodiyafiltrasiya dediyimiz fasiləsiz böyrək əvəzedici terapiya başlanıb".
Qeyd edək ki, bir neçə gün əvvəl koronavirusa yoluxan Y.Zurufçu "Yeni Klinika”ya yerləşdirilib.