...

"Üç qardaş - 2021”: Xüsusi təyinatlılar müxtəlif şəraitdə döyüş tapşırıqlarını uğurla icra ediblər (VİDEO)

Gündəm Materials 16 Sentyabr 2021 19:37 (UTC +04:00)
"Üç qardaş - 2021”: Xüsusi təyinatlılar müxtəlif şəraitdə döyüş tapşırıqlarını uğurla icra ediblər (VİDEO)

Bakı. Trend:

Azərbaycan, Türkiyə və Pakistanın Xüsusi Təyinatlı Qüvvələrinin nümayəndələrinin iştirakı ilə keçirilən “Üç qardaş - 2021” beynəlxalq təlimi davam edir.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, təlimin növbəti mərhələsində məhdud görmə şəraitində hava yolu ilə düşmən arxasına keçən xüsusi təyinatlı bölmələr gecə və gündüz, müxtəlif şəraitlərdə döyüş tapşırıqlarını müvəffəqiyyətlə icra ediblər.

Qeyd edək ki, “Üç qardaş - 2021” beynəlxalq təlimi sentyabrın 20-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti