Bakı. Çingiz Səfərli - Trend:
"Bakı Şəhər Baş Səhiyyə Mərkəzi" publik hüquqi şəxsinin rəhbəri Nelli Veyisova vəzifəsindən azad edilib.
Trend-ə məlumatı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən təsdiqləyiblər.
Qeyd olunub ki, bu vəzifəyə Elçin Abdurahman oğlu Əmirov təyin olunub. O, əvvəllər Şəki Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsini icra edib.
Twitter: @cingizsafarli