...

Yaxşı qidalanmaq çox qidalanmaq demək deyil - Həkim

Gündəm Materials 6 Oktyabr 2021 11:31 (UTC +04:00)

Bakı. Çingiz Səfərli - Trend:

Soyuq və ya isti hava şəraiti bizdə xəstəlik yaratmır. Xəstəliyi yaradan temperatur nizamının pozulmasıdır.

Trend xəbər verir ki, bunu həkim-terapevt Zakir Quliyev Səhiyyə Nazirliyinin "Instagram" hesabında canlı yayımda qonaq olarkən deyib. O mövsümi xəstəliklərə tutulmamaq üçün bir sıra tövsiyələr verib:

"Fəsil dəyişkənliyi ilə əlaqədar yay geyimindən payız-qış geyiminə keçəndə diqqətli olmalıyıq. Daha çox isti havadan soyuq havaya keçəndə xəstəlik yaranır. Eyni zamanda qidalanmaya ciddi fikir vermək lazımdır. Yaxşı qidalanmaq çox qidalanmaq deyil. Hər şeydən balanslı şəkildə qidalanmaq lazımdır. Həmçinin bədənimizin maye balansına diqqət etməliyik. Yuxu rejimi də xəstələnməmək üçün önəmlidir. Bütün xəstəliklərin başlanğıcı psixoloji olaraq beyindən başlayır. Ən azı 8 saatlıq yuxu rejiminə riayət edilməlidir".

Twitter: @cingizsafarli

Məqalədə:
Xəbər lenti

Xəbər lenti