...

İnsanlar niyə gedib Nargin adasında istirahət edə bilmir? - Deputatdan təklif

Gündəm Materials 11 Oktyabr 2021 15:41 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev – Trend:

Bakının Nargin adası boş qalıb, insanların gedib orada istirahət etməsi üçün şərait yaradılmalıdır.

Trend-in məlumatına görə, bu təkliflə millət vəkili Sabir Rüstəmxanlı parlamentin bu gün keçirilən iclasında deyib.

S.Rüstəmxanlı bildirib ki, vaxtilə Nargin adasında minlərlə insan əsir saxlanılıb, indi orada abidə ucaldılmalıdır: “Orada niyə bir abidə ucaldılmır, niyə insanlar oraya gedib istirahət etmir? Vaxt var idi oraya Çar Rusiyasının əsgərləri gedib istirahət edirdi. Niyə indi o yerlər istifadəsiz qalıb, təmizlənmir. Bir zamanlar bunun qarısını alanlar var idi, amma indi biz müstəqilik, heç kim qarşımızı ala bilməz”.

S.Rüstəmxanlı, həmçinin Bakıda Nuru Paşanın abidəsinin qoyulmasının vacibliyini qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti