...

Şamaxıda saxta COVID pasportu satanlarla bağlı cinayət işi başlandı

Gündəm Materials 13 Oktyabr 2021 09:45 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Şamaxı rayon Mərkəzi Xəstəxanasında saxta COVID-19 pasportu satılması ilə bağlı cinayət işi başlanıb.

Şamaxı Rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, xəstəxanada qanunsuz olaraq COVID-19 əleyhinə vaksinasiya olunması barədə saxta sənədlərin tərtib edilməsi ilə bağlı daxil olmuş məlumat üzrə rayon prokurorluğunda araşdırma aparılıb.

Araşdırma ilə qeyd olunan xəstəxananın vəzifəli şəxsləri tərəfindən ayrı-ayrı şəxlərə vaksin vurulmadığı halda “COVID-19” əleyhinə vaksinasiya olunması barədə saxta sənədlərin tərtib edilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şamaxı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Hazırda yuxarıda göstərilən cinayət əməllərinin törədilməsində hər hansı formada iştirak etmiş şəxslərin müəyyən edilməsi məqsədilə intensiv istintaq hərəkətləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti