...

Qanunsuz yolla əldə edilmiş meşə materialı aşkarlanıb

Gündəm Materials 14 Oktyabr 2021 10:41 (UTC +04:00)

Bakı. Fərid Zöhrabov - Trend:

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Lənkəran rayonunda 44-BC-005 dövlət nömrə nişanlı “Zil” markalı, Masallı rayonunda isə 99-VK 742 dövlət nömrə nişanlı “Ford” markalı nəqliyyat vasitələrilə qanunsuz meşə materialının daşındığı müəyyən olunub.

Xidmətin rəisi Hikmət Əlizadə Trend-ə bildirib ki, avtomobillərin yük yerinə keçirilən baxış zamanı ümumilikdə 7,43 m3 həcmində işlik meşə materialı aşkar edilib:

“Araşdırma zamanı meşə materialının Masallı rayon sakini Ramin Səfərov və Lənkəran rayon sakini Xəyal Məmmədov tərəfindən daşındığı və təbiətə ümumilikdə 1226 manat məbləğində ziyan dəydiyi məlum olub”.

H.Əlizadə onu da qeyd edib ki, işlik materialın haradan əldə olunmasının müəyyənləşdirilməsi məqsədilə araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti