...

Ermənistanın ekoloji terroru nəticəsində regionda ekoloji tarazlıq pozulub - Deputat

Gündəm Materials 15 Oktyabr 2021 16:16 (UTC +04:00)
Ermənistanın ekoloji terroru nəticəsində regionda ekoloji tarazlıq pozulub - Deputat

Bakı. Elçin Mehdiyev – Trend:

Ermənilər torpaqlarımızı 30 ilə qədər müddət ərzində işğal altında saxladığı müddətdə evləri, binaları, mədəniyyət abidələrini və sosial obyektləri məhv edib şəhərlərimizi viran qoymaqla yanaşı ərazilərimizdə ekoloji terror törədiblər, təbiətimizi vəhşicəsinə talan ediblər. Ermənistanın ekoloji terroru nəticəsində regionda ekoloji tarazlıq pozulub.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

A.Həsənova bildirib ki, ermənilərin törətdiyi ekoloji terrorun, təbiətə vurduqları ziyanın miqyası o qədər böyükdür ki, onu heç zaman tamamilə aradan qaldırmaq mümkün olmayacaq: “Ermənilərin törətdiyi ekoloji vəhşilik, meşələri, flora və faunaları məhv etməsi, çayları çirkləndirməsi təkcə Azərbaycana qarşı deyil, bütün dünyaya qarşı bir cinayətdir, çünki ermənilərin bu vəhşiliyi nəticəsində regionda ekoloji balans pozulub.

Rəqəmlərə diqqət yetirsək ermənilərin təbiətə qarşı törətdiyi vəhşiliyin nə qədər böyük miqyasda olduğunu aydın görə bilərik. Belə ki, məlumatlara əsasən, işğala məruz qalan torpaqlarımızda 280 min hektar meşə sahəsi olub və bundan 13197,5 hektarı qiymətli ağac növləri olub. İşğaldan azad olunmuş Zəngilan, Ağdam, Kəlbəcər, Qubadlı və digər rayonlarda qiymətli ağac növlərinin çoxu yarımfabrikat kimi xarici ölkələrə daşınıb. Yəni işğal dövründə bütün maddi sərvətlər talan olunub, meşələr kəsilərək satılıb, təbii resurslar qarət edilib. Ermənilərin törətdiyi digər bir vəhşilik isə təbii abidə hesab olunan ağacları məhv etməsidir. Azərbaycanda bir sıra ağaclar hələ sovet dövründə təbiət abidələri siyahısına daxil edilmişdi. 30 ilə qədər erməni işğalı altında qalmış ərazilərdə 152 ədəd belə ağac mövcud olub. Bu ağacların siyahısına Şərq çinarı, Dağdağan, Palıd, Saqqız ağacı və digər ağaclar daxil olub.

Bu ağacların çox qədim, 1600 il yaşı olub. İşğaldan azad edilmiş ərazilərdə mövcud olan 152 ədəd ağacdan Füzuli, Zəngilan, Cəbrayıl, Qubadlı, Xocavənd və Ağdam rayonu əraziasində 139 belə ağacın möcvud olduğu əraziyə baxış keçirilib və məlum olub ki, bu ağaclardan 123-ü məhv edilib, yandırılıb, kəsilib, yəni o ağaclar artıq yerində yoxdur”.

Deputat vurğulayıb ki, ermənilər həmçinin su və çaylar vasitəsilə ekoloji terror törədiblər: “Belə ki, Ermənistanın ekoloji terroru nəticəsində su ehtiyatları, çaylar da çirklənməyə məruz qalıb. Bunun nəticəsində Azərbaycan ərazisindən keçən Araz çayının 43 kilometr hissəsində mikroflora və mikrofauna məhv edilib və suyun tərkibindəki ağır metalların miqdarı normadan dəfələrlə çoxdur. Araz çayını ən çox çirkləndirən çaylardan biri Zəngilan rayonu ərazisindən axan Oxçuçaydır. Ermənistan dağ-mədən kombinatlarının yüz min tonlarla ağır metal duzlarını, kimyəvi turşuları Oxçuçayına axıdır və ekoloji terror törədir. Bu çay Ermənistandakı zavodlar tərəfindən o qədər çirkləndirilib ki, artıq suvarma üçün də yararsızdır.Suda zərərli maddələrin çox olması insan sağlamlığı üçün də ciddi təhlükədir”.

Deputat bildirib ki, ermənilər 44 günlük Vətən müharibəsi dövründə də ekologiyaya böyük zərbə vurdular: “Azərbaycan qarşısında tap gətirə bilməyən mənfur düşmən təbitə qarşı da ciddi ziyan vurmağa çalışırdı. Belə ki, Ağcabədi və Göygöl rayonlarını mütəmadi artilleriya atəşinə tutması nəticəsində Ağgöl və Göygöl milli parklarının ərazilərinə bir neçə dəfə raket mərmiləri düşdü və həmin ərazilərdə yanğınlar baş verməklə flora və faunaya, təbii landşafta ciddi ziyan dəydi. Bundan başqa düşmən Azərbaycan ordusunun gəldiyini görüm meşələrimizi yandırmağa, ağacları məhv etməyə başladılar və təbiətə ciddi ziyan vurdular”.

Deputat bildirib ki, Ermənistan tərəfindən ətraf mühitə qarşı bu cür qəddar və qeyri-humanist hərəkətlər beynəlxalq ictimaiyyət tərəfindən şiddətlə qınanmalı və Ermənistan bu ekoloji terrora görə cavab verməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti