...

Xudafərin və ətraf ərazilər bir nəfər də itki vermədən azad edilib - Əməliyyat iştirakçıları (FOTO/VİDEO)

Gündəm Materials 18 Oktyabr 2021 14:06 (UTC +04:00)
Xudafərin və ətraf ərazilər bir nəfər də itki vermədən azad edilib - Əməliyyat iştirakçıları (FOTO/VİDEO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Bu gün Xudafərin körpüsü və ətraf ərazilərin düşmən işğalından azad edilməsinin bir ili tamam olur.

Azərbaycanın tarixi Zəfəri ilə başa çatan 44 günlük Vətən Müharibəsinin ilk günlərindən şanlı ordumuz sürətli hərbi əməliyyatlar keçirərək döyüş meydanlarında işğalçı Ermənistanı diz çökdürüb. 2020-ci ilin oktyabrın 18-də isə qəhrəman Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xudafərin körpüsünü işğaldan azad etdi.

Xudafərinin azad edilməsi 44 günlük Vətən Müharibəsinin növbəti şanlı qələbələrindən biri idi. Bu günlərdə Trend TV-nin çəkiliş qrupu Cəbrayıl rayonunda olub, Xudafərin əməliyyatlarında xüsusi qəhrəmanlıqlar göstərmiş Dövlət Sərhəd Xidmətinin hərbçiləri ilə görüşüb. Qəhrəman hərbçilərimiz döyüş əməliyyatlarının gedişi barədə xatirələrini bölüşüblər. Videomüsahibələri təqdim edirik.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti